HƏMAS hərəkatının nümayəndə heyəti Qəzza zolağında atəşkəsin yaradılmasını müzakirə etmək üçün bazar ertəsi Misirin paytaxtına səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hərəkatdakı mənbəyə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, HƏMAS nümayəndələri Misirdə məsləhətləşmələr zamanı vasitəçilərin İsraillə razılaşma ilə bağlı son təklifini, həmçinin qarşı tərəfin buna reaksiyasını nəzərdən keçirəcəklər.

Misir hakimiyyəti Qahirədə aparılan danışıqlarla bağlı məlumatı hələ ki, şərh etməyib.