Regionda proseslər Azərbaycanın müəyyən etdiyi gündəliyə uyğun həyata keçir – Deputat

Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən sonra qarşısında dayanan bütün vəzifələri uğurla həyata keçirir. İşğaldan azad olunmuş Qarabağ və Zəngəzur torpaqlarında genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, doğma yurdlarından didərgin düşən soydaşlarımız mərhələli şəkildə öz evlərinə qayıdırlar. Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçirilən görüş isə Azərbaycanın diplomatiya sahəsində növbəti böyük uğuru oldu. Bu görüşdə əldə edilən razılaşmalar 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin məntiqi davamı və yekunu kimi qiymətləndirilə bilər.
Xəbərlər yüklənir...








