Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor"da baş məşqçi təyinatı reallaşıb.

İqtisadiyyat.az xəbər verir ki, I Liqa təmsilçisinin sükanı Mustafa Gürselə tapşırılıb. Mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

O, bu postda dünən istefaya göndərilən Ertuğrul Sağlamı əvəzləyib.

"Kocaelispor" I Liqada 43 xalla 3-cü sıradadır