İsrail və HƏMAS qruplaşması arasında Qəzza bölgəsində davam edən döyüşlərdə ölənlərin sayı 35 647-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Məlumata görə, Qəzza zolağında son 24 saatda daha 85 nəfər həyatını itirib, 200 nəfər isə yaralanıb.

Bununla da yaralıların sayının 79 min 852-ə çatdığı bildirilib.

 

Gözəl Həşimov