Bu gün Azərbaycan Premyer Liqasında 23-cü turdan təxirə salınmış oyun keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, lider "Qarabağ" səfərdə "Qəbələ" ilə üz-üzə gəlib. 

Komandalar arasında bu mövsüm baş tutan hər iki oyunu "Qarabağ" qazanıb - 3:0, 2:1.

Azərbaycan Premyer Liqası

23-cü turdan təxirə salınmış oyun

28 fevral

Qəbələ - Qarabağ 0:4

Qollar: Adama Diakabi, 47, R.Almeyda, Nəriman Axundzadə, 65, M.Yankoviç, 80.

Qırmızı vərəqə: Feras Abu Akal, 53 ("Qəbələ")