“Qarabağ” "Braqa"nı keçərək Avropa Liqasının 1/8 final mərhələsinə yüksəlməsi sayəsində UEFA reytinqindəki mövqeyini yaxşılaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, indi aktivində 32.000 xalı olan Ağdam təmsilçisi 60-cı yerdən 56-ci pilləyə yüksəlib. "Fənərbağça" və "Seltik"lə ilə eyni yeri bölüşən "Qarabağ" Avropa Liqasında mübarizəni dayandıran "Qalatasaray", eləcə də "Fiorentina"nı geridə qoyub.

Ölkələrin reytinqində isə Azərbaycan yenə 27-ci yerdədir. Ancaq artıq avrokuboklarda təmsilçisi olmayan Bolqarıstandan (19,875) cəmi 0,500 xal geri qalırıq. Bu da o deməkdir ki, "Qarabağ"ın 1/8 finalda bir qələbəsi Azərbaycanın Bolqarıstanı geridə qoymağına kifayət edəcək.