"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində bu gün ilk oyuna çıxacaq.

İqtisadiyyat.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Portuqaliyada "Braqa"nın qonağı olacaq. "Munisipal" stadionunda keçiriləcək görüşə saat 00:00-da start veriləcək.

Komandalar arasındakı cavab görüşü fevralın 22-də Bakıda olacaq.

Avropa Liqası

Pley-off mərhələsi, ilk oyun

00:00 Braqa (Portuqaliya) - Qarabağ

Baş hakim: Morten Kroq (Danimarka)

"Munisipal" stadionu