UEFA Avropa Liqasının pley-off mərhələsində "Braqa"nı mübarizədən kənarlaşdıran "Qarabağ"ın qazandığı mükafatın məbləği bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, 1/8 finala yüksələn Azərbaycan klubu Avropa futbol qurumundan 1,2 milyon avro alacaq.

Qeyd edək ki, "köhlən atlar" Portuqaliyada rəqibinə 4:2 hesabı ilə qalib gəlmişdilər. Bakıdakı cavab oyununun əsas vaxtında qonaqlar qələbə qazandığından (2:0), əlavə vaxta ehtiyac duyulub. Burada "Braqa"dan güclü olan (2:1) "Qarabağ" ümumi hesabda (6:5) Portuqaliya təmsilçisini üstələyərək mərhələ adlayıb.