"Rossiya 1" telekanalı mayın 7-də Moskva vaxtı ilə saat 12:00-da Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasiminin canlı yayımını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. 

Yayımla bağlı elan "Rossiya 1" telekanalının "Вести недели" verilişində verilib.

Federal Şuranın tənzimləmə komitəsinin rəhbəri Vyaçeslav Timçenko daha əvvəl "RİA Novosti"yə bildirib ki, prezidentin andiçmə mərasimi mayın 7-də baş tutacaq.