"Portu"nun futbolçusu Pepe Çempionlar Liqasının tarixinə düşüb.

İqtisadiyyat.az xəbər verir ki, o, buna 1/8 final mərhələsinin "Portu" - "Arsenal" (1:0) matçında nail olub.

Belə ki, portuqaliyalı pley-off mərhələsində meydana çıxan ən yaşlı oyunçu adına sahib çıxıb (40 yaş 360 gün).

Bu komandalar arasında cavab görüşü martın 12-də İngiltərədə keçiriləcək