Polşa Belarusla sərhəddə hərbi personalın sayını artıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.

"Polşa ordusunun xüsusi təyinatlı hissəsinin 5,5 min hərbi qulluqçusu Belarusla sərhədin qorunmasına kömək edir. Biz Polşa-Belarus sərhəddində ordunun mövcudluğunu artırmağa hazırıq. Buna görə də Belarusla sərhədin mühafizəsi üçün 200 milyon dollardan çox vəsait ayrılacaq", - deyə o qeyd edib.

 

Gözəl Həşimova