Polşanın baş naziri Donald Task Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın israilli həmkarı Benyamin Netanyahunun müharibə cinayətləri və insanlığa qarşı cinayətlərlə bağlı həbsinə order verilməsi tələbini qəbuledilməz hesab edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Task jurnalistlərə açıqlamasında deyib. 

"Bu halda biz qəbuledilməz siyasi simmetriya ilə üzləşirik. Mən İsrailin baş naziri Benyamin Netanyahunun pərəstişkarı deyiləm. Ancaq qərarın terrorçularla birlikdə İsrailin Baş nazirinə də şamil edilməsi İsrail və terror təşkilatının liderlərini eyniləşdirməkdir ki, bu da qəbuledilməzdir", - Task bildirib.

Eyni zamanda, o, Netanyahunu Yaxın Şərqdəki hazırkı böhrana görə qismən məsuliyyətli adlandırıb.