"Rusiya nümayəndə heyəti İran prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirak etməyi planlaşdırmır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rəisinin dəfn mərasimində beynəlxalq iştirak nəzərdə tutulmayıb. Buna görə də Rusiya nümayəndə heyəti orada iştirak etməyi planlaşdırmır.

Qeyd edək ki, İranın şimal-qərbində yerləşən Təbriz şəhərində helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla vida mərasimi başlayıb.

 

Gözəl Həşimova