İranın paytaxtı Tehranda parataekvondo üzrə Dünya Taekvondosunun Prezidentinin kuboku keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, yarışda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında qüvvəsini sınayan Azərbaycan milli komandası 3 medal qazanıb.

Yığmanın heyətində İmaməddin Xəlilov (70 kq) gümüş mükafata sahib olub. Sabir Zeynalov (58 kq) və Şahmar Quliyev (+80 kq) isə bürünc medala yiyələnib.

Parataekvondoçular K-44 kateqoriyasında mübarizə aparıblar