Niger hakimiyyəti bu sahədə mütəxəssislərə artan tələbatı ödəmək üçün Zinderdəki Andre Salifu Universitetində Milli Neft və Qaz Məktəbini açıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə yerli ANP agentliyi məlumat yayıb. 

Məlumata görə, fakültənin açılışında hərbi və yerli hakimiyyət orqanları ilə yanaşı, ali təhsil, tədqiqat və texnoloji innovasiyalar naziri Mamadu Saidou da iştirak edib. Universitet neft sektoru üzrə mühəndis və texnoloqlar hazırlayacaq. Fakültənin açılması Nigerdə ​​xam neft hasilatının sutkada 20 min bareldən 110 min barelə yüksəlməsi fonunda baş verib.