Çində zəif iqtisadi artım və ABŞ-nin kommersiya ehtiyatlarının artımı neft qiymətlərini ucuzlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin iyun müqaviləsində bir barelin qiyməti 56 sent və ya 0,62% ucuzlaşaraq 89,46 dollara enib.

“WTI" markalı neftin may müqaviləsində bir barelin dəyəri isə 63 sent və ya 0,74% azalaraq 84,73 dollar olub.

 

Gözəl Həşimova