Nazir: "Türkmənistanla enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var"

"Azərbaycan və Türkmənistanı ortaq tarix, mədəniyyət, etnik köklər, dil və din birləşdirir. Ölkələrimiz arasındakı qardaşlıq münasibətləri bizə birgə layihə və təşəbbüsləri uğurla həyata keçirmək üçün inamla irəliləməyə imkan verir. Dövlət başçıları arasındakı yüksəksəviyyəli etimad, Azərbaycan və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə göstərdiyi davamlı qarşılıqlı dəstək, həmçinin qlobal və regional məsələlərdə mövqelərinin uzlaşması tərəfdaşlığımızın möhkəmləndirilməsində xüsusi rol oynayır".
Xəbərlər yüklənir...









