NATO-nun hərbi komitəsi alyansa üzv ölkələrin müdafiə nazirləri səviyyəsində mayın 16-da Brüsseldə bir sıra məsələləri, xüsusən də Ukraynaya dəstək məsələsini müzakirə edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

Birinci sessiyada müdafiə nazirləri Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini, yerlərdəki vəziyyəti, NATO və onun müttəfiq ölkələrinin Ukraynaya gələcək dəstəyini, Şimali Atlantika Alyansı üçün strateji əhəmiyyət kəsb edən məsələləri Ukrayna-NATO formatında müzakirə edəcəklər.

İştirakçılar NATO-nun Vilnüsdə keçirilən sammitində qəbul edilmiş qərarların icrası ilə bağlı fikir mübadiləsi aparacaq və iyulda Vaşinqtonda keçiriləcək sammitə hazırlaşacaqlar.

Sessiya Hərbi Komitənin sədri, admiral Robert Bauer tərəfindən aparılacaq. Görüşlərdə NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edəcək.