NATO-nun baş katibi Yens Stoltenberq martın 17-dən 19-dək Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

Bazar günü, martın 17-də Stoltenberq Bakıda olacaq və burada Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Ertəsi gün baş katib Tbilisiyə gedəcək, orada Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə görüşlər keçirəcək.

Çərşənbə axşamı, martın 19-da Stoltenberq İrəvana səfər edəcək, burada Ermənistan prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək.