COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev OPEC Fondunun Strategiya üzrə vitse-prezidenti Şaimaa Əl-Şeybi ilə görüşüb.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə COP29-un sosial media hesablarında paylaşım edilib. 

"Daha iddialı iqlim fəaliyyətinə imkan verən maliyyə sisteminin qurulmasında çoxtərəfli inkişaf maliyyə institutlarının oynayacağı əsas rolu müzakirə etmək üçün OPEC Fondunun Strategiya üzrə vitse-prezidenti Şaimaa Əl-Şeybi ilə görüşdük. Bu, COP29 Prezidentliyinin Planının iki əsas sütunundan biridir", - paylaşımda qeyd edilib.