Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.

Müdafiə Nazirliyindən İqtisadiyyat.az-a verilən məlumata görə, bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir.

Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.