124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi Dairə Seçki Komissiyasının sədri Vahid Abbasov vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, onun hansı səbəbdən dünyasını dəyişdiyi açıqlanmayıb.

Qeyd edək ki, mərhum V.Abbasovun oğlu Fərid Abbasov 2016-cı ildə faciəli şəkildə öldürülüb. Nizami rayonu, R.Rüstəmov küçəsindəki mənzildə Fərid Abbasov adlı şəxsin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Onun qollarının bağlı vəziyyətdə olması aşkar edilib. Qətli törədən Lerik rayon sakini Vüqar Rüstəmov hadisədən sonra gizlənsə də polis əməkdaşları tərəfindən saxlanılıb.