ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Fələstinin HƏMAS hərəkatı ilə danışıqların bərpası perspektivlərini müzakirə etmək üçün yaxın vaxtlarda İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea ilə görüşmək üçün Avropaya səfər edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "X"də" Axios"un müxbiri Barak Ravid ABŞ və İsrail rəsmilərinə istinadən məlumat verib.

Börns Qəzza zolağında atəşkəs əldə etmək məqsədilə İsrail və HƏMAS ilə təmaslarda ABŞ tərəfindən ən fəal iştirakçıdır. MKİ və Mossad rəhbərləri son aylarda dəfələrlə mövzu ilə bağlı görüşlər keçiriblər.