"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi Gürcüstanın Aİ-yə daxil olmaq istəyi ilə bir araya sığmır. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib.

"Açıq deyim: "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi Gürcüstanın Aİ istəkləri və ittifaqa qəbulu ehtimalları ilə bir araya sığmır", - Mişel "X"də yazıb.

Qeyd edək ki, həftənin əvvəlindən Tbilisidə xarici agentlər haqqında qanunun qəbuluna qarşı mitinqlər keçirilir. Bazar ertəsi etiraz aksiyası polislə toqquşmaya çevrilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 14 nəfəri inzibati qaydada həbs edib.