Ermənistan və Avropa İttifaqı (Aİ) münasibətlərinə yenidən baxır.   

İqtisadiyyat.az xəbər verir ki, bunu respublikanın xarici işlər naziri Ararat Mirzoyan mayın 22-də Milli Assambleyanın sessiyasında deputatların suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu münasibətlərə müsbət baxılır.

O xatırladıb ki, ikitərəfli münasibətlər hələ 2017-ci ildə imzalanmış Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişi (CEPA) ilə tənzimlənir.

"Yeni məsələlər müzakirə olunur və bu razılaşmanın çərçivəsindən kənara çıxan proseslər gözlənilir", - Mirzoyan bildirib.

Nazirin sözlərinə görə, münasibətləri dərinləşdirmək üçün hər iki tərəfin siyasi iradəsi var. Əməkdaşlıq sahələrinə xüsusilə aviasiya və iqtisadiyyatın diversifikasiyası daxildir.

"CEPA əlaqələri genişləndirməkdə və yeni layihələr həyata keçirməkdə Ermənistan və Aİ-ni məhdudlaşdırmır", - XİN rəhbəri vurğulayıb.

O qeyd edib: "Sazişin həyata keçirilməsi ilə yanaşı, əməkdaşlığın yeni mühüm elementləri təqdim edilir".