"Microsoft" şirkətinin bazar dəyəri 1 trilyon dollara çatıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, texnologiya nəhənginin açıqladığı rüblük gəlir və mənfəət göstəriciləri "Wall Street" analitiklərinin gözləntilərini üstələyib. Həmçinin şirkət satışlarının milyonlarla dollara çatdığı bulud biznesində çevik böyümə nümayiş etdirib. 

"Microsoft"un səhm dəyəri isə şirkətin səhmdarları ilə həyata keçirdiyi görüşün ardından 4,4% bahalaşaraq 130,54 dollara çatıb və bazar dəyəri qısa müddət ərzində 1 trilyon dollar olub.