Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.
Yubiley medalı martın 28-də Media Agentliyində Rəşad Məcidə təqdim edilib.
Mətbuat Şurasının sədri təltifə görə Prezidentə təşəkkürünü bildirib.