"Milk-Pro" MMC bölünüb.

İqtisadiyyat.az xəbər verir ki, onun tərkibindən "Azemal" MMC ayrılıb.

Bölünən şirkət yenidən təşkil olunacaq.

Yeni yaranan "Azemal" MMC bölünmə balansına uyğun olaraq bəzi hüquq və öhdəliklər üzrə "Milk-Pro" MMC-nin hüquq varisidir.

Qeyd edək ki, süd məhsulları istehsalı ilə məşğul olan "Milk-Pro" 1991-cı ildə təsis edilib. Şirkətin qanuni təmsilçisi Mustafa Mehman oğlu Məmmədovdur. 

"Milk-Pro" 1997-ci ildə yaradılmış "CTC Holdinq" şirkətlər qrupunun tabeliyində fəaliyyət göstərir.