Azərbaycanın məşhur beton və sement istehsalçıları arasında qalmaqal yaranıb.
İqtisadiyyat.az xəbər verir ki, "Arkoz Qazax Sement Zavodu" MMC "İron-Beton Construction" MMC-yə qarşı iddia qaldırıb.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə - alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
İddia Sumqayıt Kommersiya Məhkəməsi hakim Zülfüqar Sadiqovun sədrliyi ilə araşdırılacaq.