"Vətən naminə Tavuş" müxalifət hərəkatı mayın 26-da mitinq elan edib.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyan məlumat verib.

"Əziz insanlar, mayın 26-da saat 16:00-da sizi bizim sevimli və mərkəzi meydanımız olan İrəvanın Respublika meydanında çoxlu sayda insanın iştirak edəcəyi geniş və ən vacib mitinqə dəvət edirəm. Suallara cavab veriləcək, planları açıqlayıb sizə masada hansı proqramların olduğunu deyəcəyik", - Qalstanyan tərəfdarları ilə görüşdə deyib.

Qeyd edək ki, "Vətən üçün Tavuş" hərəkatı dörd kəndin Bakıya verilməsini nəzərdə tutan Tavuş vilayətində Azərbaycanla sərhədin birtərəfli delimitasiyası və demarkasiyası prosesinə etiraz edərək Ermənistanın hər yerində hərəkətləri əlaqələndirir.