Bu gün saat 06:59 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən 216-cı kilometrliyində, Nəsibova Səidə Nazim qızının ​ idarə etdiyi “Mercedes” markalı, 90-TE-763 dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayonu​ istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

DİN-dən İqtisadiyyat.az-a verilən məlumata görə, hadisə nəticəsində sürücünün bacısı qızı, 2014-cü il təvəllüdlü Aynişan Abdullayeva hadisə yerində həyatını itirib.

Əraziyə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.