Fransa dövləti Ermənistana müdafiə təyinatlı hərbi texnika verilməsinə razılıq verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra birgə mətbuat konfransında deyib.

"Ermənistanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcəyik. Müdafiə təyinatlı hərbi avadanlıqların Ermənistana tədarükünə razılıq vermişik və heç bir gərginlik istəmirik. Tam məsuliyyətlə tədarükə davam edəcəyik", - Fransa prezidenti qeyd edib.

"Fransa regionda sülh və əməkdaşlığın bərqərar olmasını istəyir və bunun üçün regional kommunikasiya kanalları inteqrasiya faktoru olmalıdır", - Makron bildirib.