Azərbaycan millisinin futbolçusu Mahir Emreli məşqlərə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Xorvatiyanın “Dinamo” klubunun hücumçusu komandanın dünənki məşqində kollektivlə birgə hazırlıqda iştirak edib.

26 yaşlı forvard özü də məşqdən şəkil paylaşıb. Onun UEFA Konfrans Liqasının pley-off mərhələsində “Betis”lə bu gün keçiriləcək cavab görüşündə iştirakı baş məşqçinin qərarından asılı olacaq.

Qeyd edək ki, Mahir Emreli yanvarın əvvəlində Sloveniyanın “Roqaşka” klubu ilə yoxlama görüşündə zədələnmişdi.