"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanın maraqlarını müdafiə etdiyini bildirmir. Ancaq məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə dəfələrlə müdafiə edib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuata açıqlamasında bildirib. 

Lavrov vurğulayıb ki, Aİ-nin Ermənistandakı missiyası NATO missiyasına çevrilib. 

"Norveç, Kanada və ABŞ-dən hərbi personal Ermənistana göndərilir və Avropa İttifaqının missiyası NATO missiyasına çevrilib", - Lavrov qeyd edib.