“Fransa getdikcə Ukraynadakı münaqişəyə sürüklənir. Keçən ay Fransa prezidenti Emanuel Makron NATO qoşunlarının Ukraynada yerləşdirilməsini təklif etmişdi".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Makronun Ukrayna ilə bağlı sözlərinə cavab verib.

Daha əvvəl Makron Fransanın Ukraynaya qoşun yeridə biləcəyi mesajını verib. Kreml isə buna cavab olaraq bildirib ki, Fransa artıq dolayısı yolla bu müharibədə iştirak edir.

 

Gözəl Həşimova