“Kəlbəcər Ali Baş Komandanın qətiyyəti və diplomatik məharəti nəticəsində qan tökülmədən geri qaytarılıb” - RƏY

“Kəlbəcər şəhəri 2 aprel 1993-cü ildə qəsbkar ermənilər tərəfindən işğal edilmişdir. İşğal zamanı rayonun 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur. Həmçinin erməni qəsbkarlarının işğalı nəticəsində rayonun onlarla tarixi-mədəniyyət abidəsi, məktəblər, uşaq bağçaları, kitabxanalar, klub və mədəniyyət evləri, tarix-diyarşünaslıq muzeyi, xəstəxanalar, tibbi məntəqələri və yüzlərlə inzibati bina və mənzillər talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır”.
Xəbərlər yüklənir...









