Türkiyənin İstanbul şəhərinin Beyoğlu məhəlləsində silahlı hücum baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd edilib ki,  hadisə nəticəsində 1 nəfər ölüb, 1-i ağır olmaqla 4 nəfər yaralanıb.

Belə ki, 3 naməlum şəxs Mehmet Akif Ersoy səmtindəki Etibank küçəsinə gələrək silahla atəş açıb və daha sonra hadisə yerindən qaçıblar.

Əraziyə polis və təcili tibb yardım briqadası cəlb olunub. Yaxınlıqdakı xəstəxanalara çatdırılan yaralılardan biri müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Polis hadisə yerində təhlükəsizlik zolağı quraraq, qaçan naməlum şəxslərin tutulması üçün araşdırmalara başlayıb.