İsrailin şimalında mərmi təhlükəsi barədə xəbərdarlıq edən hava hücumu sirenləri səslənib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Həyəcan siqnalının hansı yaşayış məntəqələrində elan olunduğu göstərilmir.

Ordu son dəfə aprelin 27-də gecə yarısına az qalmış ölkənin şimalında hava hücumu sirenləri barədə məlumat vermişdi.