İsrailin nümayəndə heyəti bu gün Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqların davam etdiyi Qahirəyə səfər etmək üçün dəvət alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Əl-Ərəbi Əl-Cədid" qəzeti məlumat yayıb.

Məlumata görə, dəvət olunan İsrail nümayəndə heyətinə HƏMAS-ın sorğularına cavab vermək səlahiyyəti veriləcək, lakin qərar qəbul etmək və ya rəsmi mövqe bildirmək səlahiyyəti olmayacaq.

Görüşdə tərəflər arasında razılığın əldə olunması prosesini sürətləndirmək nəzərdə tutulur.

 

Gözəl Həşimova