Səudiyyə Ərəbistanında yerləşən beynəlxalq maliyyə təşkilatı İslam İnkişaf Bankı 2024-2026-cı illərdə Türkiyəyə 6,3 milyard dollar məbləğində kredit ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşək bildirib.

Məlumata görə, təhsil, nəqliyyat, kənd təsərrüfatı, sənaye və enerji sahələrində layihələrin dəstəklənməsi üçün maliyyə ayrılacaq.

Bundan əvvəl Dünya Bankı investisiya layihələri üçün Türkiyəyə əlavə 18 milyard dollar ayırıb.

 

Gözəl Həşimova