İşdən çıxarılan əməkdaşı "Azərsu"yu məhkəməyə verib.

İqtisadiyyat.az xəbər verir ki, qurumun keçmiş işçisi Mahmud Ramazan oğlu Mahmudov "Azərsu" barədə məhkəmədə iddia qaldırıb.

O, məhkəməyə ərizə ilə etdiyi müraciətin də işdən haqsız yerə çıxarıldığını bildirib. Buna görə də o, işə bərpa edilməsini və əmək haqqının da ödənilməsini tələb edib. 

Lakin birinci instansiya məhkəməsinin qərarından narazı qalan keçmiş işçi Bakı Apellyasiya Məhkəməsinə üz tutub. 

Onun apellyasiya şikayəti hakim Cəmilə Musayevanın sədrliyi ilə araşdırılacaq.