Ermənistan Azərbaycana iki ölkə arasında Praqada imzalanmış yazılı razılaşmalar əsasında sərhədlərin delimitasiyası prosesini sürətləndirməyi təklif edir. 

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın bəyanatında deyilir.

"Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 15-də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın hökumətin iclasındakı çıxışını şərh edib. Oktyabrın 6-da Praqada Azərbaycan və Ermənistan yazılı şəkildə razılığa gəliblər ki, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və Alma-Ata Bəyannaməsi delimitasiya prosesinin siyasi əsasına çevriləcək. Biz təklif edirik ki, Azərbaycan bu saziş əsasında sərhədlərin delimitasiyası prosesini sürətləndirsin və hazır olduğunu təsdiq etsin", - Badalyan qeyd edib.