İraq parlamenti ölkədə eynicinsli münasibətləri cinayət hesab edən qanun layihəsini qəbul edib.

Bu barədə İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, qanun eynicinsli münasibətləri azaltmaq məqsədi daşıyır. Qanun layihəsini əsasən parlamentdə çoxluq təşkil edən şiə mühafizəkar deputatlar dəstəkləyib.

Sənəddə eynicinsli münasibətlərə görə 10-15 il, bunları təbliğ edənlərə isə 7 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, əvvəllər qanun layihəsində bu cür münasibətlərə görə ölüm cəzası nəzərdə tutulsa da, sonradan ona dəyişiklik edilib.

Xatırladaq ki, “Our World in Data” portalının məlumatına görə, hazırda dünyanın 130-dan çox ölkəsində eynicinsli münasibətlər qanuni sayılır.

 

Gözəl Həşimova