İran Konstitusiyasının Keşikçilər Şurası ölkə başçısı İbrahim Rəisinin helikopter qəzasında ölümündən sonra iyunun 28-də növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarını təsdiqləyib.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Hadi Tahan Nazif məlumat verib.

Qərar respublikanın mərhum lideri İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra qəbul edilib.

Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopteri Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. 

Gözəl Həşimova