"Bəzi üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğunu təmin etmək səyləri regionun maraqlarına ziddir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla danışıqlar zamanı bildirib.

Nazir, həmçinin üçüncü Xəzər İqtisadi Forumunun “Xəzər beşliyi” ölkələri – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın hökumət başçıları səviyyəsində keçirilməsi təklifi ilə də çıxış edib.

Bundan əvvəlki forum 2022-ci il oktyabrın 5-6-da Moskvada keçirilib.

 

Gözəl Həşimova