Təyyarə qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın siyasi xətti davam etdiriləcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.  

"Onların (Rəisi və Abdullahian - red.) xətti davam etdiriləcək və Xarici İşlər Nazirliyinin bütün potensialından istifadə etməklə ölkəmizi xarici siyasət arenasında tanıtmaq üçün mühüm planlar həyata keçiriləcək", - bəyanatda qeyd edilir. 

Mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində İran prezidentini daşıyan helikopter qəzaya uğrayıb. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri, Şərqi Azərbaycan vilayətinin valisi və Təbriz şəhərinin cümə imamı da olub. İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd bildirib ki, qəza nəticəsində helikopterin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.