İran hər il Rusiyadan 2,5-3 milyon ton taxıl idxal edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran Taxıl Birliyinin rəhbəri Kaveh Zərgəran bildirib.

Onun sözlərinə görə, İranda çoxlu taxıl məhsullarının becərilməsi quraq iqlimə görə iqtisadi cəhətdən mümkün deyil və xaricdən gətirilməsi daha yaxşı variantdır.

Qeyd edək ki, fevralın 1-də Rusiya Taxıl İxracatçıları İttifaqı İranın ilk 5 taxıl idxalçısından biri olduğunu açıqlayıb.

 

Gözəl Həşimova