Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sədri seçilib.

İqtisadiyyat.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, bu, İƏT kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən 6-cı iclası zamanı baş verib.

Bundan başqa, iclas zamanı Kənd təsərrüfatı ilə bağlı Bakı bəyannaməsi və İƏT kənd təsərrüfatı nazirlərinin 6-cı iclasının hesabatı qəbul edilib.