“IMA Energy” Qapalı Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formasını dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, şirkət Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib.

Qeyd edək ki, “IMA Energy” 2009-cı ildə elektrik layihələndirmə sənayesinə yeni bir səviyyədə peşəkarlıq gətirmək məqsədi ilə yaradılıb. Şirkət həm iri, həm də, orta miqyaslı layihələrdə əməliyyat xidmətləri göstərir.