“Tesla” və “SpaceX”in qurucusu, bu həftə Forbes milyarderləri reytinqində birinci yerdə olan İlon Mask bəşəriyyəti aclıqdan xilas etmək üçün pulunun bir hissəsini xərcləməyə hazır olduğunu bildirib.

BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli Maskı fəlakətlərin qarşısını almaq üçün aclıqla mübarizəyə vəsait ayırmağa çağırmasından sonra milyarderin cavabı gecikməyib. 

“Əgər Ümumdünya Ərzaq Proqramı bu tvit halqasında 6 milyard dolların dünyadakı aclıq problemini necə həll edəcəyini izah edə bilsə, mən indi “Tesla” səhmlərini satmağa və onu həll etməyə hazıram. Ancaq maliyyə hesabatları açıq olmalıdır ki, ictimaiyyət pulun necə xərcləndiyini görə bilsin”, - deyə Mask Tvitter səhifəsində yazıb. 

Qeyd edək ki, CNN kanalının məlumatına görə, insanları aclıqdan xilas etmək üçün Maskın sərvətinin (təxminən 289 milyard dollar) cəmi 2%-i lazımdır.